"İlk oyunda 3 qol buraxmaq çox deyil" - "Neftçi"nin rəqibi

"İlk yoxlama görüşündə 3 qol buraxmaq çox deyil. Hər şey normaldı, təlim-məşq prosesi davam edir, yeniliklər axtarışındayıq. Komandadan 18 oyunçu gedib. Narahatlığa əsas yoxdu, hər şey plan üzrə gedir".

Newsport.az saytı xəbər verir ki, bunu "OİK-Xabarovsk"un baş məşqçisi Aleksey Poddubski deyib. Ordu klubu dünən Azərbaycan təmsilçisi "Neftçi" ilə yoxlama görüşü keçirib və 1:3 hesabı ilə məğlub olub.

Klubun rəsmi saytına müsahibəsində qarşılaşmanı dəyərləndirən Poddubski komandasının hələ tam hazır olmadığını söyləyib: "Futbolçuların buranı tərk etməsinə səbəb ölkəmizin Avropa hissəsində qərarlaşan klubların büdcələri deyil. Əksəriyyəti ilə eyni büdcəyə sahibik. Həmin klubların eyni maaş təklifinə qarşılıq oyunçular getməyi üstün tuturlar. Çünki ora evlərinə daha yaxın olur. "Neftçi" ilə görüşdə əlimizdəki oyunçuların hamısına şans verdik. Hələ toplanışın əvvəlləri olduğu üçün fiziki göstəricilərinin yüksək olmasını gözləmək doğru olmaz. "Neftçi"yə uduzsaq da, baxışda olan bir neçə oyunçunun fərdi hərəkətlərini bəyəndim".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah