"Əsas Avropa Liqasındakı ilk oyuna tam hazır olmaqdı"

"Ağır məşqlərin fonunda oyun keçirdik". Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov deyib.

Türkiyədə təlim-məşq toplanışında olan "ağ-qaralar" ilk yoxlama görüşündə Rusiya təmsilçisi "OİK-Xabarovsk” üzərində 3:1 hesablı qələbə qazanıb.

Klubun rəsmi saytına açıqlamasında matçı dəyərləndirən ilk qolun müəllifi bunun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib: "Düzdü, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odu ki, Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right