Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Azərbaycan millisinin formasını geyinmiş Rizvan Umarov Rusiyada klubunu dəyişib. Newsport.az xəbər verir ki, 23 yaşlı hücumçu "Leninqradets"lə müqavilə imzalayıb.

Bu barədə Peşəkar Futbol Liqasında çıxış edən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. "Zenit"in yetirməsi olan Umarov "Leninqradets"ə son iki ildə formasını geyindiyi Nijnekamsk "Nefteximik"indən keçib.

Qeyd edək ki, U-19 və U-21 yığmalarımızda çıxış etmiş Umarov 2012-ci ilin əvvəllərində Dubay toplanışında əsas millinin heyətində yer alıb və Sinqapurla yoldaşlıq görüşündə bir hissə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right