"Neftçi" Mirabdulla Abbasovu icarəyə göndərdi

"Neftçi” futbolçusu Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı hücumçu ilə müqavilə müddəti 2020/2021 mövsümünün sonunadək uzadılıb.

Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi”nin rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün növbəti mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib.

Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right