"Qarabağ" bizdən təcrübəlidir, amma..." - "Partizani"nin prezidenti

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani"nin prezidenti Qazmend Demi püşkü dəyərləndirib.

Newsport.az xəbər verir ki, albaniyalı iş adamı yerli "Report" telekanalına müsahibəsində Ağdam klubunun avrokuboklarda kifayət qədər təcrübəsi olduğunu bildirib:

"Qarabağ" bizdən daha təcrübəli komandadır. Yaxşı heyəti var. Uzun illərdir Azərbaycan çempionu olurlar. Hətta Çempionlar Liqasının qrup mərhələsində də çıxış ediblər".

Q. Demi "Qarabağ"ın güclü rəqib olduğunu etiraf etsə də, komandasına inandığını söyləyib: "Püşkdə bizə düşməsini arzuladığım xüsusi bir klub yox idi. Çünki istənilən rəqiblə meydanda 11-11-ə oynayacağıq. Öz komandama, işçilərimə, direktorlarımıza inanıram. Bir neçə mövqeni gücləndirməklə, işin öhdəsindən gələ bilərik".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah