"Neftçi" 1:8 hesabı ilə uduzduğu komandaya qarşı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyunu keçirəcək.

 

Newsport.az xəbər verir ki, Roberto Bordinin rəhbərlik etdiyi komanda Rusiyanın I Divizion klubu "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

 

"Neftçi" 2018-ci ilin yanvarında Türkiyədə keçirilən yoxlama görüşündə "SKA-Xabarovsk"a 1:8 hesabı ilə uduzmuşdu.

 

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right