"Neftçi" rəsmisi: "Mirabdullanı 100 minə satmaq istəmirik"

Azərbaycan millisinin üzvü Mirabdulla Abbasovun “Neftçi”ni tərk etmək istəməsi səs-küyə səbəb olub.

Newsport.az verir ki, hücumçu yetirməsi olduğu klubdan ayrılmaq niyyətində olsa da, “Neftçi” futbolçunu sıralarında saxlamaq fikrindədir.

Mirabdulla Abbasov isə klubu tərk etmək üçün hətta məhkəməyə müraciət etməyə hazırdır.

Məsələ ilə bağlı “ağ-qaralar”ın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlama verib: “Mirabdulla Abbasovun müqaviləsində göstərilib ki, qarşılıqlı razılıq əsasında futbolçu 100 min ödəməklə transfer dönəmində sərbəst futbolçu statusu ala bilər. Əgər tərəflərdən biri razı deyilsə, hansısa tərəf məbləği ödəsə belə, futbolçu heç yerə gedə bilməz. Yəni ki, futbolçuya sərbəst agent statusu verilmir. “Neftçi” Mirabdulla ilə bağlı hər hansı təkliflə razılaşmayıb. Hazırda tərəflər arasında danışıqlar gedir və bütün məsələlərə yaxın günlərdə rəsmən aydınlıq gələcək”.

Klub rəsmisi Mirabdulla Abbasovu buraxmaq niyyətində olmadıqlarını sözlərinə əlavə edib: “Mirabdulla Abbasovla bağlı “Neftçi” heç bir rəsmi məktub daxil olmayıb. “Səbail”lə danışıq apardığı və kluba keçəcəyi deyilir. Futbolçu “Neftçi”nin yetirməsidir və biz onu 100 min manata satmaq istəmirik. Ona ehtiyacımız var və hər bir vaxt bizə lazım ola bilər”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right