Mirabdulla Abbasov “Neftçi”ni məhkəməyə verir

"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubu məhkəməyə verməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, bunu futbolçunun meneceri Tural Əsgərov "Futbol+” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, futbolçu "Neftçi"dən ayrılmaq istəsə də, klub onu buraxmır. Əsgərov bu səbəbdən məhkəməyə müracitə etmək istədiklərini bildirib:

"Təəssüf ki, Mirabdullanın işi ilə bağlı konkret açıqlama verə bilməyəcəm.  Onu deyə bilərəm ki, "Neftçi” müqavilədəki bəndə əməl edib Abbasovu buraxmaq istəmir. Bununla bağlı danışıqlar gedir. Bizim də qarşımızda iki yol var. Ya məhkəməyə müraciət edib, bu yolla məsələni çözməliyik, ya da çalışacağıq ki, danışıqlar yolu ilə problemi həll edək. İndi də Mirabdulla daha çox "Neftçi”dən getmək istəyindədir. Orda qalmaq niyyətində deyil. Amma yenə də danışıqlar olacaq. Sonucun necə olacağını deyə bilmərəm. Ola bilər, yaxın günlərdə bilinsin”.

Maraqlıdır, "Neftçi”nin konkret tələbi nədir? Klub futbolçunu daha artıq pula satmaq fikdindədi, yoxsa ümumiyyətlə, göndərmək istəmir? Tural Əsgərov deyib: "Bununla bağlı konkret bir şey demirlər, odur ki, yalançı olmaq istəmirəm. Ancaq onların davranışından belə başa düşürəm ki, ümumiyyətlə, satmaqda maraqlı deyillər. Baxmayaraq ki, özləri də onu kifayət qədər oynatmırlar. Hər "pəncərə”də Mirabdullanın alternativi olan bir, bəzən iki oyunçu alınır. Ancaq Abbasovu da buraxmaq niyyəti güdmürlər”.

Qeyd edək ki, millimizin üzvü "Neftçi"nin Türkiyə toplanışına qatılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right