Nicat Qurbanov 27 yaşında karyerasını bitirdi

“Sumqayıt”ın futbolçusu Nicat Qurbanov karyerasını bitirib.
 
Newsport.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib: 
 
“Heç vaxt ağlıma gəlməzdi ki yazacağım qərarı belə tez açıqlayacam. Bəzən həyat adamı öz sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəkilimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa, dəstəkləyən hamıya təşəkkürümü bildirirəm!”.
 
27 yaşlı futbolçu “Neftçi”nin yetirməsidi. Nicat Qurbanov “Simurq”, AZAL, “Zirə” və “Kəpəz” klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right