“Zirə” yay hazırlıq planını açıqladı

“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub. Newsport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq.

İlk mərhələ 21 iyun – 19 iyul tairxləri aralığında Bakıda baş tutacaq. Bakılılar bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Qəsəbə təmsilçisi iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.

Hazırlığın 2-ci hissəsi Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Komanda orada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right