"Speranta" - "Neftçi" matçının stadionu dəyişdi

Moldova klubu "Speranta" Avropa Liqasının I təsnifat mərhələsinin ​"Neftçi" ilə ilk oyununun stadionunu dəyişib. Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, komanda təmsilçimizi "Zimbru"nun stadionunda qəbul edəcək.

Nisporeni klubu iyulun 11-dəki qarşılaşma üçün Orqeyevdəki idman kompleksini sifariş etmişdi. Ancaq Moldovanın avrokubokdakı digər təmsilçisi "Petrokub" ilk görüşünü səfərdə keçirəcəyindən, "Speranta" da Kişinyovdakı stadionda oynamaq qərarına gəlib.

Qeyd edək ki, bu komandalar arsında cavab matçı iyulun 18-də "Bakcell Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right