“Səbail”in rəqibi 750 minlik keçidə hazırlaşır

Avropa Liqasının I təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq “Universitatya Krayova” səs-küylü transferə hazırlaşır. 

Newsport.az xəbər verir ki, sözügedən komanda keçmiş oyunçusu Andrey İvanı yenidən heyətinə qaytarmaq istəyir.

2017-ci ildə “Krasnodar”a keçən, amma Rusiya karyerası uğursuz olan hücumçu son mövsümü icarə əsasında Vyana “Rapid”ində keçirib. Burada keçirdiyi 40 oyunda 3 qola imza atan futbolçu hazırda Rumıniya U-21 millisi ilə Avropa çempionatında çıxış edir.

2 il əvvəl 3 milyon avroya “Krasnodar”a satdığı keçmiş oyunçusunu yenidən heyətə cəlb etmək istəyən “Universitatya Krayova” bunun üçün 750 min avronu gözdən çıxarıb.

Qeyd edək ki, iddialara görə, futbolçu özü də bu keçiddə maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right