4 güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Newsport.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulacaq.

Güləşçilərimizin ilk rəqibləri də artıq bəllidi. 43 kq-da mübarizə aparan Zemfira Həşimova 1/4 finalda belaruslu Valentina Haroşka önündə qüvvəsini sınayacaq.

Gültəkin Şirinova (49 kq) yarışa təsnifat mərhələsindən qoşulacaq. Onun rəqibi Fatme Tahir Şaban (Bolqarıstan) olacaq.

57 kq-dakı təmsilçimiz Birgül Soltanova 1/8 finalda Kristina Sokolovskanı (Ukrayna) məğlub etməlidi.

Nigar Mirzəzadə (65 kq) də 1/8 finaldan yarışa başlayacaq. O, ispaniyalı Andrea Molina Rodrigeslə münasibətləri aydınlaşdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right