"Qarabağ"ın rəqibindən ilk transfer

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani" heyətini gücləndirmə prosesinə start verib. Newsport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, tiranalıların ilk transferi qapı xəttinə olub.

Belə ki, Kosovo millisinin qapıçısı Bledar Haydini karyerasını Albaniya komandasında davam etdirəcək. Bu ilin ilk 6 ayını icarə əsasında "Llapi"də keçirən 24 yaşlı qolkiper müqavilə ilə "Ballkani"yə məxsus idi. Lakin onun Kosovo klubu ilə sözləşmə müddəti artıq başa çatıb.

Kosovo və Almaniya vətəndaşlığı olan Haydini "Partizani" ilə hərtərəfli anlaşıb. Gün ərzində transferin rəsmən açıqlanması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right