UEFA "Neftçi"nin oyununun yerini dəyişdi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" və "Sperantsa" klubları arasındakı oyunların yeri dəyişdirilib.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilk qarşılaşma əvvəlcədən açıqlandığı kimi Azərbaycanda deyil, Moldovada keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, ilk matç iyulun 11-də, ikinci görüş isə iyulun 18-də oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right