Ansi Aqolli "Qarabağ" - "Partizani" cütü barədə: "Futbolda hər şey mümkündür"

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinfə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

 

Newsport.az newsport.al saytına istinadən xəbər verir ki, Ağdam klubunun sabiq müdafiəçisi Ansi Aqolli püşkü dəyərləndirib. ABŞ-ın "Nyu-york Kosmos" klubunda çıxış edən 36 yaşlı albaniyalı futbolçu komandalar arasındakı fərqdən danışıb:

 

"Partizani" sabiq baş məşqçi Skender Qeqa və klub rəhbərliyinin qurduğu gənc komandadır. Ötən mövsüm çempion olaraq, yaxşı iş çıxardılar. "Qarabağ" isə təxminən 7 il birgə oynayan komandadan ibarət kollektivdir. Bir neçə il birlikdə oynayan və komandanın özəyini təşkil edən 4-5 futbolçu var.

 

11 ildir ki, Qurban Qurbanovun tətbiq etdiyi uğur sistemi var. Bu sistem uzun illər istifadə olunur. Bu komanda il və bir neçə il ərzində qurulmayıb. "Qarabağ" möhkəm komandadır. Uzun illərdir avrokuboklarda çıxış edirlər və orada önəmli nəticələr qazanırlar".

 

Təcrübəli futbolçu "Partizani"nin şansları barədə bunları deyib:

 

"İndi futbolda hər şey mümkündür.  Xüsusilə də, "Qarabağ" kimi təcrübəli komandalar gələndə irəli getmək və məntiqi sonluq axtarmaq istəyirsən. "Qarabağ" son altı ildə Avropa Liqası və Çempionlar Liqasının qruplarında çıxış edib. "Qarabağ" sağlam şəkildə öndədir, ancaq futbolda hər şey mükündür. Şanslar "Qarabağ"ın lehinədir".

 

Qeyd edək ki, albaniyalı futbolçu 2009-2019-cu illərdə "Qarabağ"da çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right