“Qarabağ” Avstriyaya yollandı

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” hazırlığını xaricdə davam etdirəcək. Newsport.az-ın məlumatına görə, komanda bu gün saat 13:00-da Avstriyaya yollanacaq.

Komanda adıçəkilən ölkədəki hazırlıq planı isə püşkatmanın nəticəsindən asılı olacaq. Əgər Ağdam təmsilçisi ilk oyununu səfərdə keçirsə, birbaşa Avstriyadan həmin ölkəyə yollanacaq. Əks halda vətənə qayıdacaq.

“Qarabağ” Avstriyada dörd yoxlama oyunu keçirəcək. İlk olaraq, iyunun 22-si Bolqarıstanın “Ludoqorets” komandası ilə, daha sonra sıra ilə iyunun 25-i Rumıniyanın “Krayova”, iyunun 28-i Rusiyanın “Ufa” və iyulun 2-si Çexiyanın “Viktoriya” klubları ilə qarşılaşacaq.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah