"Səbail"dən ayrılan Maudo Jarjuenin yeni klubu müəyyənləşib. Newsport.az xəbər verir ki, qvineya-bisaulu müdafiəçi karyerasını Avstriyada davam etdirəcək.
21 yaşlı futbolçu Bundesliqada mübarizə aparan "Austriya" ilə anlaşıb. Vyana klubu Maudonun keçidini tezliklə rəsmən açıqlayacaq.
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan "Səbail"ə keçmişdi.