"Qarabağ"ın istədiyi afrikalı futbolçu Avropanı arzulayır

Ötən ilin yayında "Qarabağ"ın transfer gündəmində olan "Kayzer Çifs"in hücumçusu Xama Billiat fikrini dəyişib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı forvard Avropaya köçmək arzusundadı.

Zimbabve millisinin üzvü keçən mövsümün əvvəlində "Qarabağ"ın israrına baxmayaraq, "Mamelodi Sandauns"u "Kayzer Çifs"ə dəyişərək, Cənubi Afrika Respublikasında qalmağı üstün tutmuşdu. Görünür, futbolçu bu qərarından peşmandı.

Yığmasının heyətində Afrika Millətlər Kubokuna qatılan Billiat bu turniri özü üçün şans hesab edir. O, burdakı uğurlu çıxış sayəsində Avropaya köçə biləcəyini düşünür: " Afrika Millətlər Kuboku çox vacibdi. Hamımız karyeramızı Avropada davam etdirmək üçün futbol oynayırıq. Ordan təkliflər almaq və yaxşı müqavilələrə qol çəkmək baxımından bu turnir önəmlidi".

Qeyd edək ki, Xama Billiatın "Kayzer Çifs"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. Afrika Millətlər Kuboku isə iyunun 21-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right