“Neftçi” Moldova, “Səbail Rumıniya klubuna qarşı Yenilənib

Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılacaq.

Newsport.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” və “Səbail” də rəqiblərini tanıyacaq.

Mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


“Neftçi”nin potensial rəqibləri

“Hibernians” (Malta)

“Rujomberok” (Slovakiya)

“Pandev Akademiyası” (Makedoniya)

 “Speranta” (Nisporeni, Moldova)

“Zeta” (Monteneqro)


“Səbail”in potensial rəqibləri

“Universitatya Krayova 1948” (Rumıniya)
 
“Baltsan” (Malta)
 
“Laçi” (Albaniya)
 
“Şkupi” (Makedoniya)
 
“Petrokub-Hincesti” (Moldova)

“Narva Trans” (Estoniya) 

 

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. 

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.

“Neftçi” UEFA Avropa Liqasının ilk mərhələsində “Speranta” (Nisporeni, Moldova) ilə qarşılaşacaq.

“Səbail” UEFA Avropa Liqasının ilk mərhələsində “Universitatya Krayova 1948” (Rumıniya) ilə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah