"Səbail"in bütün rəqibləri bəlli oldu

Bolqarıstanda təlim-məşq toplanışı keçəcək “Səbail”in yoxlama oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub.

Newsport.az saytı xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi ilk olaraq yerli “Lokomotiv” klubu ilə qarşılaşacaq. “Dənizçilər”in Plovdiv təmsilçisi ilə oyunu iyunun 21-də baş tutacaq.

Bakılıların növbəti dueli də yerli “Beroe”yə qarşı olacaq. Bu görüş isə ayın 25-də keçiriləcək.

İyunun 28-də Rumıniyanın “Klinçeni” komandasıyla üz-üzə gələcək “Səbail” son sınaq matçını iyulun 1-də “FK Makedoniya”ya qarşı keçirəcək.

Qeyd edək ki, “Səbail” Azərbaycanı Avropa Liqasında təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right