“Neftçi”nin Türkiyədəki ikinci günü

“Neftçi” Türkiyədəki hazırlıq prosesini davam etdirir.

Newsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışının ikinci günündə iki məşqə çıxıb.

Səhər məşqində əsasən fiziki təmrinlər, axşam məşqində isə toplu çalışmalar yerinə yetirilib.

Xatırladaq ki, Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşan “ağ-qaralar” iyulun 1-dək qardaş ölkədə baş tutacaq hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da keçiriləcək. Ayın 20-dəki rəqib Rusiyanın “SKA-Xabarovsk”, 30-dakı rəqib isə Ukraynanın “Vorskla” klubu olacaq. İyunun 25-dəki rəqib haqda daha sonra məlumat veriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right