"Neftçi" və "Səbail"in 5 potensial rəqibi açıqlandı

Azərbaycan klublarının Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Newsport.az saytı xəbər verir ki, səpələnmişlər sırasında yer alan "Neftçi" "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro) ilə qarşılaşacaq.

"Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans"a (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right