"Qəbələ" Ukrayna klubu ilə qarşılaşacaq

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarına iyunun 17-də start verəcək.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ilk təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Sənan Qurbanovun çalışdırdığı komanda hazırlığın birinci mərhələsini iyunun 29-da keçiriləcək yoxlama oyunu ilə başa vuracaq. “Qəbələ” Bakıda “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq.

Qarşılaşmanın ertəsi gün bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq. İki günlük istirahətdən sonra bir araya gələcək “qırmızı-qaralar” iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək. Ayın 4-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. “Qəbələ” iyulun 18-dək Boluda hazırlıq keçəcək.

Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. Qurbanov yetirmələrini ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda sınayacaq. Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib. İlk yoxlama oyununda "Qəbələ" Ukrayna təmsilçisi “Mariupol”la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da “Qəbələ” kimi UEFA Avropa Liqasında çıxış edəcək.

Xatırladaq ki, Azərbaycan kubokunun qalibi olan “qırmızı-qaralar” UEFA Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right