Millinin ən yaxşıları: Qara, Riçard, Bədavi...

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra yığmanın ən yaxşıları açıqlanıb.

Newsport.az-ın məlumatına görəUEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeydadı. O, 425 xalla ümumi sıralamanın 186-cısıdı. Millinin seçmı mərhələsəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevion 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci pillədə qərarlaşıb. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. Təcrübəli müdafiəçi 350 xalla 276-cı yerdədi.

ilk "5-liy"in növbəti yerləri də "Qarabağ"lılara məxsusdu. Yarımmüdafiəçi Qara Qarayev 4-cü, Macarıstanla görüşdə yeganə qolumuzun müəllifi olan Mahir Əmrəli isə 5-cidi.

Maraqlıdı ki, millinin son oyunlardakı uğursuz nəticələrinə görə ən çox Riçard Almeyda, Bədavi Hüseynov və Qara Qarayev tənqid olunub. Ancaq hesablamalara görə onlar bu matçlarda yüksək performans göstəricilərinə malik olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right