"Sabah" futbolçusunu "Sumqayıt"a icarəyə verdi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. 1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right