Ramil Şeydayevin baş məşqçisi ilə bağlı qərar verildi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov"da baş məşqçi Miodraq Bojoviçin taleyinə aydınlıq gəlib.

Newsport.az saytı xəbər verir ki, klub rəhbərliyi monteneqrolu mütəxəssisi postunda saxlayıb.

Samara hökumətinin sədr müavini Aleksandr Fetisov baş məşqçinin dəyişilməyəcəyini açıqlayıb: "Bojoviç təcrübəli mütəxəssislərdən biridi. Bu səbəbdən komandanı yenə o çalışdıracaq. Yalnız idman direktoru Alkesandr Şikunov klubdan ayrılıb".

Qeyd edək ki, "Krılya Sovetov" geridə qalan mövsüm Premyer Liqada 13-cü yeri tutub və yalnız pley-off oyunlarından sonra elitada qala bilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right