"Ordan təklif alsaydı, piyada gedərdi" "Səbail"in qapıçısı

"Səbail"in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına maraqlı açıqlama verib. Newsport.az saytının məlumatına görə, "Bombardir" kanalına danışan Kiyev "Dinamo"sunun yetirməsi sabiq komanda yoldaşı Artyom Fedetskinin açıqlamasına münasibət bildirib.

Məsələ burasındadı ki, "Karpatı"nın müdafiəçisi "Şaxtyor"dan "Zenit"ə keçən Yaroslav Rakitskini tənqid atəşinə tutub. O, siyasi məsələni qabardaraq, keçmiş komanda yoldaşının bu addımını qınayıb.

Lakin Rıbka bu məsələdə Fedetskinin haqsız olduğunu söyləyib: "Fedetskiyə hörmət edirəm. O, Rusiyaya gedən futbolçular barədə çox sərt danışır. Artyom yaxşı oğlandı. Yaxşı dost olduğumuzu deyə bilmərəm, amma üz-üzə gəldiyimiz zaman görüşür, hal-əhval tutur, əlimizi sıxırıq. Fedetski deyir ki, Rusiyadan təklifi olsa da, getməyib. Amma bilmək olmaz. Hesab edirəm ki, əgər Rakitski kimi, ona da "Zenit" kimi komandadan təklif gəlsəydi, ora piyada gedərdi. Rakitskini tənqid etməyə haqqı yoxdu".

Qeyd edək ki, hər 3 futbolçu 2011-12 mövsümündə Donetsk "Şaxtyor"unda birgə çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right