Azərbaycanda oynayan futbolçu qitə tarixinin ən yaxşı "30-luğ"unda

Afrika Millətlər Liqası öncəsi qitə tarixinin ən yaxşı futbolçuları açıqlanıb. Newsport.az xəbər verir ki, "France Football" nəşrinin hazırladığı siyahıda 30 futbolçu yer alıb.

Afrika tarixinin ən yaxşı oyunçusu "Milan"dakı çıxışı ilə məşhurlaşmış və 1995-ci ildə "Qızıl top"a layiq görülmüş Corc Veadı. Onu sabiq "Barselona"lı Samuel Eto izləyib. İlk "üçlüy"ü Roje Milla qapayıb.

Hazırda ölkəmizdə "Səbail"in formasını geyinən Maykl Essyen də ən yaxşı "30-luq"da qərarlaşıb. 37 yaşlı qanalı yarımmüdafiəçi 26-cı pilləyə layiq görülüb.

Ən yaxşı "30-luq"

1. Corc Vea (Liberiya)

2. Samuel Eto (Kamerun)

3. Roje Milla (Kamerun)

4. Didye Droqba (Fil Dişi Sahili)

5. Abedi Pele (Qana)

6. Rabah Madjer (Əlcəzair)

7. Cey-Cey Okoça (Nigeriya)

8. Mustafa Daleb (Əlcəzair)

9. Salif Keyta (Mali)

10. Loran Poku (Fil Dişi Sahili)

11. Yaya Ture (Fil Dişi Sahili)

12. Essam el-Hadari (Misir)

13. Kaluşa Bvaliya (Zambiya)

14. Mahmud əl-Hatib (Misir)

15. Bryus Qrobbelar (Zimbabve)

16. Raşid Meklufi (Əlcəzair)

17. Məhəmməd Salah (Misir)

18. Toma Nkono (Kamerun)

19. Mulamba Ndaye (Zair)

20. Nvankvo Kanu (Nigeriya)

21. Məhəmməd Abutrika (Misir)

22. Nürəddin Naybet (Mərakeş)

23. Stiven Keşi (Nigeriya)

24. El-Haci Diuf (Seneqal)

25. Lahdar Bellumi (Əlcəzair)

26. Maykl Essyen (Qana)

27. Tarak Diab (Tunis)

28. Raşidi Ekini (Nigeriya)

29. Seydu Keyta (Mali)

30. Emmanuel Adebayor (Toqo)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah