Yeni transferi "Neftçi"nin düşərgəsində

Yeni mövsümə hazırlığı gündə iki məşqlə davam etdirən "Neftçi"nin düşərgəsinə bu gün yeni transfer Voislav Stankoviç də qoşulub.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqlərdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq. Komanda iyunun 15-i səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik bilinmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right