Ramil Şeydayev azarkeşlərdən üzr istədi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçu bu bardə "Facebook" səhifəsində yazıb: "Zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

"Krılya Sovetov"un futbolçusu matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibədə ağlamamışam, tərimi silirdim".

Qeyd edək ki, oyunda millinin yeganə qolunu Şeydayev vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right