“Qarabağ”ın futbolçusu millidə qol vurdu

Futbol üzrə Haiti yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Qayana ilə qarşılaşıb. 

Görüş Haitinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da Donald vurub. O, 29-cu dəqiqədə fərqlənib.

Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq “Gold Cup” turnirinə hazırlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right