Yığmamız Şimali Makedoniyaya uduzdu

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk  oyununu keçirib. Newsport.az xəbər verir ki, yığmamız yerli komandanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yığmamızın heyətində təsəlli qoluna Ağadadaş Salyanski imza atıb.

Bu komandalar arasında növbəti oyun sabah, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah