“Əsas məqsədimiz gözəl qələbə qazanmaq idi”

Slovakiya millisinin üzvü David Hanko AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi 5:1 hesabıyla bitən görüş haqda bunları deyib:

“Millinin heyətində ilk qolumu vurmağı bacardım. Amma buna görə yox, 3 qazandığımız üçün xoşbəxtəm. Çünki bu, daha önəmli idi. Əsas məqsədimiz gözəl qələbə qazanmaq idi. Vurduğum qolun hazırlanmasında Andrey Duda və Robert Makın böyük əməyi var.

Sentyabrda yenidən davam edəcəyik. Ümid edirəm ki, Macarıstan və Xorvatiya ilə oyunlarda maksimum xal toplayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right