Lobotka millimizə qol vurandan sonra nə etdiyini bilməyib: "Dördüncü qoldan sonra azərbaycanlılar artıq ciddi müqavimət göstərmirdi"

Slovakiya millisinin futbolçusu Stanislav Lobotka AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına vurduğu qolu şərh edib.

Newsport.az xəbər verir ki, cari seçmə mərhələdə ilk dəfə fərqlənən yarımmüdafiəçi qarşısına geniş sahənin olduğunu görərək zərbə vurmağa qərar verdiyini bildirib: "Hətta bilmədim ki, top qapıya gorəndən sonra nə edim. Axı, karyeramda elə də çox qol vurmamışam. Fikrimcə, bu qol çox şeyi həll etdi. Dördüncü qoldan sonra azərbaycanlılar artıq elə bil müqavimət göstərmirdi".

Xatırladaq ki, slovaklar "Bakcell Arena"da 5:1 hesablı qələbəyə sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right