"Azərbaycan favoritlərdən birini büdrədə bilər"

"Qəbələ qazanmağı üçün istəyirdik. Oyunun əvvəlindən sonuna qədər mübarizəni davam etdirdik". Newsport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının müdafiəçisi Milan Şkriniar deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan slovakiyalılar böyükhesablı qələbəyə sevinib - 5:1.

Oyunla bağlı yerli mətbuata danışan Şkriniar qələbənin asan başa gəlmədiyini bildirib: "Gözəl qollar vurduq. 5:1 hesabına baxmayaraq, asan qələbə olmadı. İstənilən rəqib evdə təhlükəlidi. Matçdan əvvəl də qələbə qazanmağın bizim üçün nə dərəcədə önəmli olduğunu demişdim. Çünki Azərbaycan favoritlərdən birini büdrədə bilər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right