"Uşaqlıq arzumu gerçəkləşdirdim" - slovakiyalı debütant

"Gözəl hisslər keçirirəm. Çünki seçmə mərhələdə 5:1 hesablı qələbə qazandıq". Newsport.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının debütantı Robert Bojenikə məxsusdu.

20 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə "Bakcell Arena"da keçirilən qarşılaşmada ilk dəfə Slovakiyanın start heyətində meydana çıxıb.

"Jilina"nın oyunçusu yerli mətbuata açıqlamasında keçirdiyi hissləri bölüşüb: "Start heyətində meydana çıxdım, ilk dəqiqələrdən mübarizə apardım. Düzünü demək lazımdısa, göz yaşlarımı saxlaya bilmirəm. Bu bir xəyal idi. Mən uşaqlığımın ən böyük arzusunu gerçəkləşdirdim".

Qeyd edək ki, oyun Slovakiyanın 5:1 hesablı qələbəsi ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right