"Bakcell Arena"da ciddi nəzarət: istefa şüarı səsləndirənlər tribunadan kənarlaşdırılır

Azərbaycan milli komadansı AÇ-2020-nin seçmə mərhələsində Slovakiya yığmasını qəbul edir.

Newsport.az xəbər verir ki, azarkeşlər milli komandanın uğursuz çıxışına görə AFFA rəhbərliyini oyun zamanı fasilələrlə istefaya çağırır.
 
Ancaq vaxt keçdikcə şüarlar boğuldu. Fasilə zamanı mülki geyimli mühafizəçilər istefa şüarı səsləyən bir azarkeşi aparıb. Oyunun ikinci hissəsində də eyni hal yaşanıb. 1A sektorundan 20 nəfər azarkeşi mühafizəçilər aparıb.
 
Aparılan azarkeşlərdən biri "Forza Neftçi"nin üzvü İmran Hacıbəylidir.
 
Mühafizəçilər azarkeşləri istefa şüarı səsləndirməyə icazə vermir.
 
Qeyd edək ki, oyunun ikinci hissəsi gedir və qonaqlar hesabda 4:1 öndədir.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right