"Keşlə"də yeni müqavilə

"Keşlə" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Cabir Əmirli paytaxt klubunda qalıb.

Adı "Neftçi" ilə birgə hallanan 22 yaşlı cinah oyunçusu gələn mövsümü də "Keşlə"də keçirəcək. Onun müqaviləsi 1+1 şərti ilə imzalanıb. Bununla bakılılar Slavik Alxasov və Azər Salahlıdan sonra daha bir yerli oyunçusunu saxlayıb.

Qeyd edək ki, yay fasiləsində 13 futbolçu ilə yollarını ayıran "Keşlə" hələlik yalnız Rəşad Əzizli və Ruslan Qurbanovu transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right