"Qəbələ"nin hazırlıq planı bəlli oldu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ"nin hazırlıq planı bəlli olub.

 

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar" ayın 15-i Qəbələdə toplaşacaq. Komanda iyunun 29-na kimi hazırlıq keçəcək.

 

Sənan Qurbanovun kollektivi "Zirə"ylə yoxlama görüşü keçirməyi planlaşdırır.

 

"Qəbələ" iyulun 4-dən etibarən Türkiyənin Bolu şəhərində 2 həftəlik təlim-məşq toplanışı keçirəcək.

 

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında mübarizəyə II tənisfat mərhələsindən başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah