"Bu, qələbənin yollarından biridi" - Martin Dubravka

"Oyuna qədər hələ 2 məşqimiz olacaq. Düzdü, hava çox istidi. Amma meydan sahibləri də eyni şərtlər altında çıxış edəcək". Newsport.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının qapıçısı Martin Dubravka deyib.

30 yaşlı qolkiper AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycanla keçiriləcək oyunu dəyərləndirib. "Nyukasl"ın üzvü sabahkı qarşılaşmada qələbənin vacibliyini vurğulayıb: "100 faizlik gücümüzü ortaya qoyacağımıza əminəm. Slovakiyaya qayıtdığımız zaman üzümüzdə gülümsəmə olacağına inanıram. Standart vəziyyətlər qələbə qazanmağın yollarından biridi. Baş məşqçi keçmişdə təlim keçdiyimiz bəzi elementlərdə dəyişikliklər etdi. Mən istənilən halda uğura inanıram".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya qarşılaşması saat 20:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah