Slovakiya millisinin baş məşqçisi: "Azərbaycan yığmasıyla qarşıdakı görüşlə bağlı dəqiq planımız var"

"Yoldaşlıq görüşündə güclü rəqib gözləyirdik. Bu, ilk hissədə təsdiqini tapdı. Həmin müddətdə bizdə əsəbilik vardı və müdafiə xəttimiz işinin öhdəsindən gələ bilmirdi". Newsport.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində iyunun 11-də "Bakcell Arena"da rəqibi olacaq Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal İordaniyaya 5:1 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.

Fasiləyə 0:1 hesabıya geridə yollanan slovaklar ikinci 45 dəqiqədə matçın axarını tam xeyirlərinə dəyişiblər. Hapal ikinci hissənin tam fərqli olduğunu söyləyib: "Fikirləşirdik ki, matçın taleyini tam xeyrimizə dəyişə biləcəyik. Belə də oldu. İlk dəfədi belə vəziyyətdə düşdük. Həyəcanlı anlar oyunun bir hissəsi idi. Gənclərimiz də yaxşı təsir bağışlamaları ilə diqqət çəkdi. Fasilədən sonra etdiyimiz əvəzləmələr nəticəsində daha sürətli hərəkət etdik vı topa daha çox sahib olduq. Bu matçda digər futbolçularımız da iş başında görmık istəyirdik, belə də oldu. Ancaq Azərbaycanla qarşıdakı görüşlə bağlı dəqiq planımız var və çərşənbə axşamındakı matça diqqətimizi yönəldərək buna sadiq qalırıq. Bu, həm Bakıdakı oyundakı heyətlə bağlıdı. həm də oyunla".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right