Miçel daha iki il "Qarabağ"da

"Qarabağ" futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam klubunun formasını geyinəcək.

Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb. 

2015-ci ildən komandada çıxış edən Miçel 144 oyunda 29 qolla yadda qalıb, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, "Qarabağ" bir müddət əvvəl Qara Qarayevlə də müqavilə yenilənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right