Macarıstan yığmasında daha 2 itki

AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq Macarıstan yığmasında heyətlə bağlı problemlər bitmək bilmir. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, daha 2 oyunçu Bakıda məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Bunu baş məşqçi Marko Rossi də təsdiqləyib. O bildirib ki, hücumçu Şoter Donatdan sonra müdafiəçilər Bese Barnabas və Tamaş Kadar qarşıdakı oyunların ilkini - yəni Azərbaycanla görüşü buraxacaqlar. Zədədən əziyyət çəkən "Havr" və Kiyev "Dinamo"sunun oyunçularının əvvəlcə iştirakı gözlənilirdi. Lakin son tibbi müayinənin ardından Barnabas və Kadarın "Bakcell Arena"da meydana çıxmaması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan - Macarıstan görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right