“Azərbaycan millisində agenti olanlar heyətə daxil edilir”

Türkiyənin "Girəsunspor" klubunda çıxış edən Ozan Can Kökcü Azərbaycanın U-21 millisinə Milan Obradoviçin baş məşqçi təyin edilməsindən sonra dəvət almır. Newsport.az xəbər verir ki, futbolçunun atası Halis Kökcü oğlunun Azərbaycan millisindən imtina etmədiyini deyib:
 
"Ozan milli komandadan imtina etməyib. Agenti olanlar heyətə daxil edilir. Rəşad Sadıqov kimi birini xərclədilər, Ozan Can kimdir ki? Rəşad Sadıqov çox yaxşı insandır. Ozanla görüşmüşdü və geri dönməsini istəmişdi. Ancaq indi Ozanla problemi olanlar onu yığmaya dəvət etmədi".
 
20 yaşlı vinger Azərbaycanın U-20 və U-21 millilərində çıxış edib. Gənc futbolçu bir dəfə yığmadan getdiyini açıqlasa da, Rəşad Sadıqov U-21-in baş məşqçisi təyin olunduqdan sonra onu fikrindən daşındırmışdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right