Millinin heyəti və rəqibi açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışında olacaq.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız hazırlıq prosesində adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Matçlar iyunun 13-də və 15-də olacaq.

Artıq U-17-nin toplanış üçün heyəti açıqlanıb. Toplanışa dəvət olunmuş futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq.


Hazırlıq prosesində iştirak edəcək futbolçuların siyahısını təqdim edirik:

Elgün Bayramov (Neftçi), Eldar Tağızadə (Fundacion Marcet, İspaniya), Amin Ramazanov (Lokomotiv, Moskva), Rəşad Həsənov (Keşlə), Cəlal Hüseynov (Zirə), Raqib Abışov (Sabah), Nikita Pesotski (Çertanovo, Moskva), Ülvi Mədətov (Qəbələ), Zöhrab Əsədov (Qarabağ), Mirəli Əhmədov (Neftçi), Elnur Mirzəyev (Zirə), Nihad Cəfərov (Neftçi), Rauf Rüstəmli (Qəbələ), Sənan Aslanov (Turan Tovuz), Musa Musazadə (Qarabağ), Vüsal Qənbərov (Sabah), Vüsal Əliyev (Zirə), Fidayi Əzizli (Qarabağ), Fərman Teymurov (Atlet, Ukrayna), Kamal Kazımov (Keşlə), Mehrac Baxşəliyev (Qəbələ), Nurəli Nurəliyev (Zirə), Mirmövsüm Canıyev (Qarabağ), Ayxan Cabbarov (Qöteborq, İsveç)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right