"Bizdə bir çox günahları AFFA-nın baş katibinin üstünə qoyurlar"

Həmsöhbətimiz yazıçı-deputat Aqil Abbasdır. Parlamentdə futbolu onun qədər dərindən bilən, fanat kimi izləyən çətin ikinci belə parlamentari olsun.

 

Onunla hər şeydən danışmışıq - futbolumuz, Avroliqa finalı, yaradıcılığı, yeni yazarlar, sosial şəbəkələrin gündəmi və s.

 

Aqil müəllim, tez-tez futbol barədə məqalələrinizə rast gəlirəm. Yeni roman yazmırsınız?

- Yazıram, hazırda iki roman üzərində işləyirəm. Sadəcə, futbol xəstəliyimdir. Həyatda vərəm, narkomaniya və başqa xəstəliklərin müalicəsi var, amma bir futbol xəstəsi, bir də dəli müalicə olunmur. Futbol xəstələri də dəli kimidirlər. Mən uzun müddət “Qarabağ” klubunun yaşaması üçün nə qədər əziyyət çəkmişəm. İndi sağ olsunlar, komandanı yaşatdılar, ayağa qaldırdılar, bu gün Ağdam klubu özünüz də görürsünüz ki, hansı yerə qalxıb.

 

UEFA reytinqində 70-cidi, çox klubları geridə qoyub...

- Bəli, “Milan”, “Real Sosiedad”, “Feyenord” kimi nəhəng klublardan irəlidəyik. Hələ darıxmayın, “Qarabağ” çox qabağa gedəcək, yavaş-yavaş düzələcək. Allah Qurban Qurbanova cansağlığı versin, komandanı irəli aparacaq.

 

Amma çempionatda cəmi 8 komanda yarışır. Bununla inkişaf olarmı?

- Mənim üçün “Xəzər Lənkəran”, Tovuzun “Turan”ı, Gəncənin “Kəpəz”i əzizdir. Biz regionların klublarını qaytarmalıyıq, 16 komanda çempionatda olmalıdır. UEFA deyir ki, onlar azarkeş qəbul edə bilmirlər. Olmayan Ağdam necə qəbul edir, Tovuz edə bilmir? Ağdam hər il Avropaya gedir. Biz bəzən hər şeyi AFFA-nın üzərinə qoyuruq. Elə deyil. Ver pulu Lənkərana, Gəncəyə, Tovuza, Masallının “Viləş”, Yevlağın “Karvan” komandalarına, gör necə oynayacaqlar, qəbul edəcəklər.  Məsələn, “Keşlə” komandası var, onun oyununa uzağı 300 adam baxmağa gəlir. Amma Lənkərana, Tovuza minlərlə azarkeş toplaşacaq. “Səbayel” klubunun oyununa da bir o qədər azarkeş gəlir. Bakıda “Neftçi” var, vəssalam.

 

Niyə bugünkü Premyer Liqamız “Abşeron birinciliyi”nə çevrilib, nə üçün bölgə komandaları kənarda qalıb?

- Mən onu demərəm, yaxşı qonorar verin, deyərəm (gülür)

 

Axı reallıq budur ki, “Qəbələ” və “Qarabağ” istisna, hamısı Abşeron komandalarıdır...

- Bilirsən, dədə, mən parlamentdə bəzən vaxt olanda Rövnəq müəllimlə futbolumuzdan dərdləşirəm, futbolun taleyindən danışıram. O da hər şeyin yaxşı olmasını istəyir, futbolumuzun yaxşı olması uğrunda hər şeydən keçməyə hazırdır. Ancaq tək ondan asılı deyil, müəyyən şeyləri edə bilmir, gücü çatmadığı məsələlər var. Bizdə bir çox günahları, problemləri AFFA-nın baş katibi Elxan Məmmədovun üstünə qoyurlar, axı o məsələlər ondan asılı deyil. Baxın, necə gözəl Avroliqa finalı təşkil elədilər, 204 ölkə yayımlandı. İpə-sapa yatmayan, çılğın, harada oldusa dava salan ingilis azarkeşləri gəlmişdilər, hər şey sakit keçdi. Dünyada əsas iki idman yarışı var - olimpiada və futbol. İslam Oyunlarına 10-15 ölkə gəlirsə, bu yarışlara əksər dünya ölkələri gəlirlər. Futbol da mənim yaralı yerlərimdən biridir, bu barədə köşələr yazıram.

 

Baxın, metroya, avtobusa minəndə kütlə Anarı, Aqil Abbası, Çingiz Abdullayevi tanıyır, dediyiniz yazarları çoxu tanımır amma...

- Niyə tanımır, yaxşı tanıyırlar, oxuyurlar.  Özü də onlar yaxşı dövrə düşdülər, sosial şəbəkələr var, yazırlar, paylaşırlar.

 

Sosial şəbəkədən istifadə edirsiniz?

- Yox, eləmirəm.

 

Niyə?

- Buna vaxtım olmur, parlament fəaliyyətim var. Rəhmətlik Vaqif Səmədoğlu kimi qocalanda feysbuka qoşularam.

 

Sosial şəbəkədə sənətkar, yaradıcı adam metroya, avtobusa minməlidir ya yox müzakirəsi gedir. Siz metrodan istifadə edirsiniz?

-  Hərdən tıxaca düşmüşəm, metro ilə getmişəm. Burada qeyri-adi heç nə yoxdur. Amma gizlətməli nə var ki, avtomobilimlə daha çox gedib-gəlirəm. Amma ən sevdiyim elə kütlədir, kütlə ilə birgə olmaqdır. O gün Musa Urud, İlham Məmmədov və mən Füzulidə dövlət tədbirindəydik, oradan Ağcabədiyə, sonra Ağdama getdik, gəzdik, camaatın içində olduq, nərd oynadıq. Deputat kütlə içində olmalıdır. Bu gün müəyyən deputatlar var ki, metrodan istifadə edir, amma çoxunun maşını var (Musavat).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right