“Hava limanı üzündən azarkeşlər Bakıya gedə bilmədi”

"Mənim üçün acı məğlubiyyət oldu. Çünki bir futbolçu kimi son arzum "Arsenal"la Avropa Liqasının qalibi olmaq idi. Təəssüf ki, bu, baş vermədi. Amma etiraf etməliyəm ki, rəqib bizdən yaxşı oynadı və layiqli qələbə qazandı". Newsport.az xəbər verir ki, bunu Çexiya yığmasının keçmiş qapıçısı Petr Çex deyib. Onun şərəfini qoruduğu "Arsenal" Avropa Liqasının final matçında Bakıda "Çelsi"yə məğlub olub (1:4). Bununla Çex futbolçu karyerasını başa vurub.
 
37 yaşlı sabiq qolkiper ölkəsinin mətbuatına müsahibəsində Bakı Olimpiya Stadionunu bəyəndiyini söyləyib: "UEFA final görüşünün bu ölkədə keçirilməsini qərara alıb. Bakı həqiqətən də, gözəl stadiona malikdi. Həmçinin Azərbaycan futbolun populyarlaşdığı ölkədi. Azarkeşlər üçün uğursuz seçim ola bilər. Hava limanının az təyyarə qəbul etməsi üzündən Londondan və Avropadan bir çox azarkeş gələ bilmədi. Halbuki final azarkeşlərin həyatlarının ən böyük anlarından biridi".
 
Qeyd edək ki, Petr Çexin tezliklə "Çelsi"nin idman direktoru vəzifəsində fəaliyyətə başlaması gözlənilir.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right