"Qarabağ" "Milan" və "Lester Siti"dən öndə - UEFA-nın reytinqi

UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, sıyahıya İspaniyanın "Real" klubu başçılıq edir. İkinci yerdə "Barselona" (İspaniya), üçüncü yerdə isə "Bayern" (Almaniya) qərarlaşıb.

 

"Atletiko" (İspaniya), "Yuventus" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "PSJ" (Fransa), "Arsenal" (İngiltərə) və "Portu" (Portuqaliya) klubu ilk onluqdadır.

 

Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu siyahıda 70-cidir. "Qarabağ" İtaliyanın "Milan" (78), İngiltərənin "Lester Siti" (72) və Hollandiyanın "Feyenoord" (71) klublarını qabaqlayır.

 

"Qəbələ" 173-cü, "Keşlə" 273-cü, "Neftçi" 274-cü, "Zirə" 275-ci, "Kəpəz" 276-cı yerlərdə qərarşlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right