“Neftçi” və “Səbail”i gözləyənlər: “Roma”, “Ayntraxt”, “Vulverhempton”

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” və “Səbail” I təsnifat mərhələsini keçsələr, güclü rəqiblə üz-üzə gələcəklər.

 

Newsport.az xəbər verir ki, reytinqi aşağı olan hər iki paytaxt klubu səpələnməmişlər səbətində qərarlaşacaq. Artıq onları gözləyən bəzi səpələnmişlər bəllidir.

 

II təsnifat mərhələsinin güclüləri sırasında qərarlaşan 23 komandanın adı dəqiqləşib. Onların arasında “Qəbələ” də var. Ancaq iki ölkənin təmsilçisi qarşı-qarşıya gələ bilməz.

 

“Neftçi” və “Səbail”in II mərhələdəki potensial rəqibləri:

 

“Roma” (İtaliya), “Gent” (Belçika), “Ayntraxt” (Frankfurt, Almaniya), “Espanyol” (İspaniya), “Partizan” (Serbiya), “Vulverhempton” (İngiltərə), “Strazburq” (Fransa), “Zorya” (Ukrayna), “AZ Alkmaar”, “Utrext” (hər ikisi Hollandiya), “Arsenal” (Tula, Rusiya), “Gimaraynş” (Portuqaliya), “Yeni Malatyaspor” (Türkiyə), “Şturm” (Avstriya), “Yablonets”, “Mlada” (hər ikisi Çexiya), “Atromitos”, “Aris” (hər ikisi Yunanıstan), “Osiyek” (Xorvatiya), “Esbyerq” (Danimarka), “Lutsern” (İsveçrə).

 

"Neftçi" və "Səbail" I mərhələdəki potensial rəqibləri isə bu komandalardır:

 

“Universitatea Krayova” (Rumıniya), “Dunayska Ştreda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torshavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Mura” (Sloveniya), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, “Speranta” (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira Yunayted”, “Baltsan”, “Hibernians” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnaxs Kuey” (Uels), “Banants”, “Şkupi”, “Akademiya Pandev”, “Makedoniya Qörçe Petrov” (Makedoniya), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), “Zeta” (Çernoqoriya).

 

Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right